Ter Ştegen fikrini dəyişməyib

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen gələcəyi ilə bağlı mövqeyini dəyişməyib.

Almaniyalı qolkiper İngiltərə Premyer Liqasının bir neçə klubunun marağına baxmayaraq, Kataloniya təmsilçisini tərk etmək fikrində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Transfer News Live” məlumat yayıb.

Yayda Ter Ştegenlə klub arasında müəyyən fikir ayrılığı yaranmış, hətta o, kapitan sarğısından da məhrum edilmişdi. Ancaq tərəflər sonradan anlaşıb və münasibətləri bərpa olunub.

31 yaşlı qapıçı cari mövsümdə hələ meydana çıxmayıb. O, iyulun sonunda bel əməliyyatı keçirib və hazırda bərpa prosesini davam etdirir.

“Barselona” növbəti oyununu oktyabrın 18-də, “Jirona”ya qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button