
Ter Ştegenin taleyinə Fliklə görüş aydınlıq gətirəcək
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Kataloniya təmsilçisi ötən günlərdə 25 milyon avroya “Espanyol”dan Xuan Qarsiyanı transfer edib və bu, klubun yeni “bir nömrəli” qapıçıya yönəldiyini göstərir.
Komanda.az AS-a istinadən xəbər verir ki, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik bu məsələyə biganə qalmayacaq. Gözlənilir ki, iyulda, mövsümöncəsi hazırlıq başlamazdan bir neçə gün əvvəl almaniyalı çalışdırıcı həmyerlisi olan Ter Ştegenlə şəxsən görüşəcək və ona vəziyyəti açıq şəkildə izah edəcək. 33 yaşlı qolkiperin taleyi bu görüşdən sonra aydınlaşacaq.
Daha əvvəl Ter Ştegen özü “Barselona”da qalmaq istədiyini bildirmişdi. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin