
“Barselona”nın qapıçısı Xavi ilə Fliki müqayisə etdi
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Xavi Ernandes və Hans-Diter Fliki müqayisə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper onların çox fərqli olduğunu bildirib:
“Xavi, yoxsa Flik? Onlar çox fərqlidirlər. Xavi “Barselona”da əfsanədir. Flik isə əla işləyir. Mən demirəm ki, bir məşqçi digərindən üstündür, çünki onlar tamamilə fərqlidirlər. Baş məşqçilərdən danışarkən kimin daha yaxşı olduğunu seçmək həmişə çətindir”.
Xavi ötən mövsümün sonunda Kataloniya klubunun baş məşqçisi postundan uzaqlaşdırılıb. Onun yerini indiyədək üzərinə düşən vəzifənin öhdəsindən uğurla gələn almaniyalı mütəxəssis tutub.
“Barselona” hazırda La Liqanın turnir cədvəlinə başçılıq edir, həmçinin UEFA Çempionlar Liqası və Kral kubokunda da mübarizəsini davam etdirir.
Bizi Facebook-da izləyin