
Ter Ştegen “Barselona”nın məşqlərinə qoşulub
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komanda ilə qrup məşqlərinə qoşulub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya komandasının qrup məşqində zədədən sonra meydana qayıdan müdafiəçi İniqo Martines də iştirak edir.
Daha əvvəl Ter Ştegen ciddi zədə səbəbindən cari mövsümün böyük hissəsini buraxıb.
Aprelin 8-də “Barselona” UEFA Çempionlar Liqasının 1/4 finalında Dortmund “Borussiya”sı ilə ilk oyununu keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin