Ter Ştegen Fliklə görüşdü, qərarını açıqladı

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen bu yay komandadan ayrılmağı planlaşdırmır.

Kataloniya klubunun baş məşqçisi Hans-Diter Fliklə keçirilən şəxsi görüşdə 33 yaşlı qolkiperə bildirilib ki, qarşıdakı mövsümdə əsas heyətdə yerini komandanın yeni transferi Xuan Qarsiyaya verəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq, Ter Ştegenin planlarında dəyişiklik yoxdur. O, “Barselona”da qalmaq niyyətindədir və əsas heyətə qayıtmaq üçün mübarizə aparmağa qərarlıdır.

Almaniyalı futbolçu 2014-cü ildən “Barselona”nın şərəfini qoruyur. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button