“Almaniyadan kənarda yaşamağın yaxşı tərəfi odur ki, hər şeyi eşitmirsən” – Ter Ştegen

Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen komandanın digər qapıçısı Manuel Noyerlə münasibətindən danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, həmkarı ilə münasibətində qarşılıqlı hörmətin olduğunu söyləyib:

“10 ildən artıqdır ki, milli komandada birgə oynayırıq. Münasibətimizdə böyük qarşılıqlı hörmət var. Ünsiyyətimiz və dəstəyimiz həmişə yüksək səviyyədə olub. Bir-birimizlə heç vaxt problemimiz olmayıb, sadəcə olaraq sağlam, peşəkar rəqabət.

Sabiq futbolçu Mixael Ballak deyib ki, zədəsi sağaldıqdan sonra Noyer yenidən Almaniyada şübhəsiz bir nömrə olacaq? Almaniyadan kənarda yaşamağın yaxşı tərəfi odur ki, hər şeyi eşitmirsən. Hər kəs öz fikrini ifadə etməkdə azaddır. Məni maraqlandıran tək şey əla formada olmaq və yaxşı çıxış etməkdir. Bu, özümü ifadə etmək istədiyim yeganə yoldur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button