“Barselona” aparıcı futbolçusunu itirib
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqanın 14-cü turunda “Rayo Valyekano” ilə keçiriləcək oyunda iştirak etməyəcək.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 31 yaşlı qolkiper komandanın son məşqini buraxıb. Ter Ştegenin belindəki ağrılara görə Almaniya millisindən də ayrıldığı bildirilirdi.
“Rayo Valyekano” – “Barselona” matçı noyabrın 25-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin