Ter Ştegen İtaliya klubuna keçə bilər

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yay transfer pəncərəsində A Seriyasının aparıcı klublarından birinə keçə bilər.

Komanda.az “Sport”-a istinadın xəbər verir ki, 33 yaşlı qolkiper “Milan”ın maraq dairəsindədir. İtaliya klubu “Çelsi”yə keçidi gündəmdə olan Mayk Menyanın əvəzinə yeni qapıçı axtarır.

“Barselona” rəhbərliyi Ter Ştegeni artıq əsas planlara daxil etmir və onunla yolları ayırmaq niyyətindədir.

Almaniyalı qolkiperin kataloniyalılarla daha üç illik müqaviləsi olsa da, rəhbərlik bu yay onu satmaq istəyir. Ter Ştegen isə komandada qalmaq istədiyini bildirir. Ancaq belə olan halda, o, qapıçı mövqeyində üçüncü olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button