
Ter Ştegen: “Barselona”ya başqa yollarla töhfə verməyə çalışıram”
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədəsini sağaltdığı müddətdə komandadakı rolundan danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı qolkiper başqa yollarla komandaya töhfə verməyə çalışdığını bildirib:
“Hazırda meydanda komandaya kömək edə bilmərəm, amma diqqəti cəlb etmədiyim şeylərdə başqa yollarla töhfə verməyə çalışıram. Mənim işim meydanda və meydandan kənarda komandada tarazlığı tapmaq idi. Bütün bu aylar ərzində etdiyim budur”.
Ter Ştegen keçən ilin sentyabrından bəri diz zədəsindən sağalmaqda davam edir. Onun komandası sabah UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında səfərdə Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin