Ter Ştegen: “Etibarlı əllərdəyəm”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen zədəsini sağaltmasından danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper sağalmasının plana uyğun getdiyini bildirib:

“Mənim sağalmağım plana uyğun gedir. Etibarlı əllərdəyəm. Amma indi elə bir mərhələ var ki, sanki hər şey çox uzun çəkir. Komanda yoldaşlarımı hər gün görürəm. Mən onlarla daha çox vaxt keçirməyə və məsləhət verməyə çalışıram”.

32 yaşlı qapıçıya dizindən zədə diaqnozu qoyulub.

Ter Ştegenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button