Daha 3 oyunda qol buraxmasa…
“Barselona” İspaniya La Liqasının 28-ci turunda “Jirona” ilə qarşılaşıb (0:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Xavinin çalışdırdığı komanda cari mövsümdə ölkə çempionatında 21-ci matçda qapısından top buraxmayıb.
Qolkiper Mark-Andre ter Ştegen klub rekordunu təkrarlamaq üçün mövsümün sonuna qədər daha 3 oyunda qapısını toxunulmaz saxlamalıdır.
“Barsa”nın La Liqadakı rekordu 1986/87 mövsümündə 24 “quru oyun” olub. Həmin vaxt qapını Andoni Zubizarreta qoruyub. 2014/15 mövsümündə isə Klaudio Bravo 23 görüşdə qapısında qol görməyib.
Katalonlar hazırda İspaniya La Liqasının turnir cədvəlində 72 xalla birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin