“Ter Ştegen çoxu üçün nümunədir” – “Barselona” rəsmisi
“Barselona” klubunun prezidentinin müşaviri Enrik Masip komandanın qapıçısı və kapitanı Mark-Andre ter Ştegen haqda danışıb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, İspaniya klubunun rəsmisi almaniyalı qolkiperin nümunəvi olduğunu bildirib:
“O, nümunə göstərir və buna görə də kapitandır. “Barselona”ya sadiqlik özünü belə göstərir. O, burda işləməyə davam etmək və kluba kömək etmək istəyən adamdır. Mark-Andre ter Ştegen bu yolla klubu gücləndirəcək futbolçuları cəlb edə biləcəyimizi bildiyi üçün müqaviləsini uzadıb. “Barselona”ya sədaqət sözlə deyil, əməllə nümayiş etdirilir. O, çoxu üçün, o cümlədən, uşaq komandaları üçün nümunədir”.
Ter Şteqen Münhenqladbax “Borussiya”sının yetirməsidir. O, 2014-cü ilin iyulunda “Barselona”ya keçib.
Bizi Facebook-da izləyin