
“Barselona”nın futbolçusu boşanır
“Barselona”nın zədəli qapıçısı Mark-Andre ter Ştegen yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, onun azarkeşləri üçün xoş xəbər olsa da, qolkiperin şəxsi həyatı ilə bağlı üzücü xəbər də var. Almaniyalı futbolçu həyat yoldaşı Daniela Yahvehdən boşandığını elan etdiyi bir yazı paylaşıb.
Onlar bir-birlərini Ter Ştegen “Borussiya”da (Münhenqladbax) oynadığı vaxtdan tanıyırlar və 2017-ci ildə evləniblər. Cütlüyün iki övladı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin