Ter Ştegen Almaniya klubunun azarkeşlərinə təşəkkür etdi
Uzun müddətə zədə səbəbindən sıradan çıxan “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Münhenqladbax “Borussiya”sının azarkeşlərinə müraciət edib.
Komanda.az xəbər verir ki, 32 yaşlı qolkiper sosial şəbəkə hesabındakı paylaşımında azarkeşlərə dəstəyə görə təşəkkür edib.
“Union”la (Berlin) son matçda “Borussiya” azarkeşləri Ter Ştegenə dəstək sözləri yazılmış pankart asıblar. Xatırladaq ki, o, Münhenqladbax klubunun yetirməsidir.
Almaniyalı futbolçu dizindən zədə alıb və mövsümün sonuna kimi sıradan çıxıb.
İspaniya çempionatının 8 turundan sonra “Barselona”nın 21 xalı var və turnir cədvəlində 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin