“Ter Ştegen bizim üçün çox vacib oyunçudur” – Naqelsmann

Almaniya yığmasının baş məşqçisi Yulian Naqelsmann qapıçı Mark-Andre ter Ştegenin çıxışı haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, “Barselona”nın qapıçısının onlar üçün çox vacib olduğunu bildirib:

“Ter Şteqen bizim üçün çox vacib oyunçudur, o, Macarıstanla oyunda yaxşı çıxış etdi. Onun üzərinə böyük məsuliyyət düşür. Onunla mart ayında (AÇ-2024-ə Manuel Noyerlə start verəndə) söhbətimiz çox da xoş deyildi, lakin o, qərarımıza hörmətlə yanaşdı. Ümid edirəm ki, o, sağlam olacaq və iki ildən sonra dünya çempionatında özünü göstərəcək”.

Ter Şteqen Manuel Noyer komandadan ayrıldıqdan sonra Almaniya millisinin “bir nömrə”si olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button