
Ter Ştegenlə “Barselona” arasında vəziyyət yenə gərginləşib
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubun təzyiqlərinə baxmayaraq, La Liqaya təqdim olunacaq zədə sənədini imzalamaqdan imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Sözügedən sənəddə bərpa müddəti dörd ay olaraq göstərilib. Bu, “Barselona”ya yeni qapıçını heyətə daxil etmək imkanı verəcək. Ancaq almanyalı qolkiper bu addımı atmaq istəmir və kluba güzəştə getmir.
Cavab olaraq, “Barselona” rəhbərliyi klubun hüquqşünaslarına müraciət edərək, oyunçunun belə davranışına görə cəzalandırılma ehtimalını araşdırmağı tapşırıb.
Kataloniya klubu Ter Ştegenə artıq açıq şəkildə bildirmişdi ki, ona hətta ehtiyat qapıçı kimi də ümid bəsləmir və yeni komanda axtarmağını tövsiyə edib. Buna baxmayaraq, 32 yaşlı qapıçı 2026-cı ildə keçiriləcək dünya çempionatı öncəsi komandadan ayrılmaq istəmir.
Bizi Facebook-da izləyin