
Ter Ştegendən vəfat edən həkimlə bağlı paylaşım
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandanın həkimi Karles Minarro Qarsiyanın vəfatı ilə bağlı başsağlığı verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qapıçı paylaşımında bunları qeyd edib:
“Deməyə söz yoxdur. Rahat yat. Ailənə və yaxınlarına dəstəyimi göndərirəm. Sənin üçün çox darıxacağıq. Sən həmişəlik qəlbimizdə qalacaqsan”.
Qarsiyanın vəfatına görə La Liqanın 27-ci turu çərçivəsində keçirilməli olan “Barselona” – “Osasuna” matçı təxirə salınıb.
Kataloniya klubu İspaniya çempionatının 26 oyunundan sonra 57 xalla turnir cədvəlində birinci yeri tutur. “Osasuna” 33 xalla 12-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin