Ter Ştegen “Barselona”nı təəccübləndirib

“Barselona” qapıçısı Mark-Andre ter Ştegenin yoxluğunun uzun sürməsi ilə bağlı açıqlamasına təəccüblənib.

Almaniyalı qolkiper daha əvvəl sosial mediada belindən əməliyyat olunacağını elan etmişdi və özü də təxminən üç aya yaxın sağalma müddətinin olduğunu bildirmişdi.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Ter Ştegenin açıqlamasının klubun rəsmi açıqlamasından əvvəl gəlməsi “Barsa” üçün sürpriz olub. Bu elanın bu gün səhər birgə veriləcəyi razılaşdırılıb.

33 yaşlı futbolçunun postundan bir neçə dəqiqə sonra klub yeni oyunçuların qeydiyyatı üçün vacib olan bərpa müddətini qeyd etmədən əməliyyatı təsdiqləyib.

Ter Ştegenin 2023-cü ildə olduğu kimi, qayıtma müddəti 4-5 aya qədər arta bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button