Ter Ştegen “Barselona”nı tərk etməyəcək

Mark-Andre ter Ştegen bu yay “Barselona”nı tərk etməyi planlaşdırmır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 33 yaşlı qolkiper yeni komanda axtarışında deyil və heç bir təklifə baxmaq fikri də yoxdur. Ter Ştegen növbəti mövsümə də kataloniyalıların heyətində başlamağa qərarlıdır.

O, son mövsüm zədə səbəbilə 9 oyunda iştirak edib, 11 qol buraxıb, yalnız bir matçda qapısını toxunulmaz saxlayıb.

Almaniyalı qolkiperlə “Qalatasaray”ın maraqlandığı barədə xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button