
Ter Ştegenin “Barselona”ya qarşı “üsyan”ı
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen komandanın son məşqində iştirak etməyib.
Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi artıq 33 yaşlı qolkiperlə yolları ayırmaq niyyətindədir və onu əsas heyətdə görmür.
Ter Ştegen hələ ki, komandadan ayrılmaq istəmir, ancaq hazırkı vəziyyətə də biganə qalmayıb. Belə ki, o, “Barselona”nın ilk yay məşqinə qatılmaqdan imtina edərək, fərdi şəkildə idman zalında məşqini davam etdirib.
Almaniyalı qapıçı “Barsa”nın ona münasibətindən son dərəcə narazıdır. Onun meneceri də mümkün transfer ehtimalını nəzərə alaraq, yeni komanda axtarışındadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin