Ter Ştegen “Barselona”dan ayrılır?

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yaxın transfer dönəmində komandasını dəyişmək barədə ciddi düşünə bilər.

Almaniyalı futbolçu ötən ilin sentyabrından maya qədər ağır zədəyə görə meydana çıxmayıb.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Kataloniya klubunda onun son illərdə keçirdiyi üç diz əməliyyatından sonra əvvəlki səviyyəsinə qayıda bilməyəcəyindən ehtiyat edirlər. 33 yaşlı qolkiper isə əsas heyətdə oynamaq niyyətindədir və “Barselona” ona daimi oynamaq şansı verməsə, ayrılmaq ehtimalını nəzərdən keçirəcək.

Ter Ştegenin məqsədi 2026-cı il dünya çempionatında Almaniya millisinin əsas qapıçısı olmaqdır. Bu səbəbdən, qarşıdakı mövsümdə onun “Barselona”da ehtiyat oyunçu kimi qalmaqla razılaşacağı inandırıcı görünmür. Artıq Avropanın və Səudiyyə Ərəbistanının müxtəlif klubları “Barsa”nın kapitanı ilə maraqlanırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button