
Ter Ştegen narahatdır
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen yay transfer pəncərəsində klubdan ayrıla bilər.
Kataloniyalıların kapitanı artıq dəyişməz “bir nömrəli” qapıçı sayılmır və bu vəziyyət onu ciddi şəkildə narahat edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” “Espanyol”dan Xuan Qarsiyanı transfer edərsə, almaniyalı qolkiper klubdan ayrılmaqda israrlı olacaq.
Ter Ştegenin əsas məqsədi 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etməkdir, buna görə də klubda ehtiyat oyunçu olmaq onun üçün qəbuledilməzdir.
33 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin