Ter Ştegen “Barselona” ilə razılığa gəldi
“Barselona” qapıçısı Mark-Andre ter Ştegenlə yeni müqaviləyə dair razılığa gəlib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniyanın “Sport” nəşri məlumat yayıb.
Kataloniya təmsilçisiylə alman qolkiper arasındakı yeni müqavilənin 5 illik olacağı qeyd olunub. 28 yaşlı qapıçının məvacibində də ciddi artım olacağı bildirilir.
Qeyd edək ki, 2014-cü ildə Münhenqladbax “Borussiya”sından transfer olunan Ter Ştegenin “Barsa” ilə indiki müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdi. Son dövrlərdə onun “Bavariya”ya transfer olunacağına dair də xəbərlər dolaşırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin