Ter Ştegen AÇ-2024-də ehtiyatda qalmasından danışdı

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen Almaniya millisində ehtiyatda qalmasından danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, almaniyalı futbolçu daha çox şey gözlədiyini bildirib:

“Mən daha çox şey gözləyirdim. Evimdə – Almaniyada Avropa çempionatında çıxış etmək istəyirdim. Komanda səviyyəsində hər şey aydın idi. Biz turnirin ən güclü komandasına qarşı oynayırdıq. İspanlarla 1/4 final oyunu başa çatdıqdan sonra “Barselona”dakı komanda yoldaşlarımı qələbə münasibətilə təbrik etdim”.

Almaniya millisinin Avropa çempionatında əsas qapıçısı Manuel Noyer olub. Turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçirilib. AÇ-2024-ün final matçında İspaniya millisi İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button