“Barselona” zədələnən futbolçusu ilə bağlı açıqlama yaydı
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə alıb, ona görə də, bir neçə ay meydana çıxa bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi saytında məlumat yayıb.
“Barselona” Ter Ştegenin neçə ay meydandan uzaq qalacağını dəqiq açıqlamayıb. Mətbuat almaniyalı futbolçunun 6 aylıq sıradan çıxa biləcəyini yazır.
Ter Ştegen bazar günü “Vilyarreal”la oyunda (5:1) dizindən zədə alıb.
32 yaşlı futbolçu əməliyyat olunmalıdır və bundan sonra sağalması üçün vaxt lazımdır. “Barselona” onun zədəsi səbəbindən tezliklə transfer bazarına daxil ola və azad agent statusunda olan bəzi qapıçıları heyətinə dəvət edə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin