Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq
Azərbaycan Tennis Federasiyasının (ATF) seçki iclası olacaq.
Komanda.az xəbər verir ki, avqustun 31-də keçiriləcək tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq. Saat 11:30-da mətbuat konfransı təşkil olunacaq.
ATF-nin hazırkı prezidenti Milli Məclisin sabiq sədri, hazırda 45 saylı Abşeron seçki dairəsinin deputatı Oqtay Əsədovdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin