“Qapımız həmişə Ten Haqa açıqdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”dən qovulan Erik ten Haqla bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı Ten Haqı yenidən İngiltərə klubunda görməkdən şad olacağını bildirib:

“Biz Ten Haqın gəlişinə açığıq. İstənilən vaxt! Ciddiyəm! Qapımız ona həmişə açıqdır, amma bunun baş verəcəyini düşünmürəm. Mən onun agentini azca tanıyıram, ona görə də, onun bizə gəlməsində problem yoxdur. Nə klub üçün, nə də şəxsən mənim üçün”.

“Mançester Yunayted”in İngiltərə Premyer Liqasının 9-cu turunda “Vest Hem”ə 1:2 hesabı ilə məğlubiyyətindən sonra rəhbərlik niderlandlı mütəxəssislə yollarını ayırıb.

“Qırmızı şeytanlar” cari mövsümdə 11 xalla Premyer Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button