4 klubun “radar”ındadır – “Mançester Yunayted”in futbolçusu

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla münaqişəsi həll olunsa da, Ceydon Sanço yay transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə bir neçə klub maraqlanır. “Borussiya” (Dortmund) onu geri qaytarmaq istəsə də, Almaniya klubunun maliyyə problemləri bu keçidə mane olur.

“Yuventus” da oyunçunu izləməyə davam edir, lakin PSJ-nin marağı daha konkretdir. “Liverpul”a gəlincə, 24 yaşlı yarımmüdafiəçinin mersisaydlıların “radar”ında qaldığı iddia edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button