Ten Haqın MY qarşısında tələbi var
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yeni tələbi yerinə yetiriləcəyi təqdirdə, klubla müqaviləni uzatmağa hazırdır.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis klubun transfer siyasətinə məhdudiyyətsiz təsir göstərmək istəyir.
Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. İngiltərə klubu əməkdaşlığı 2027-ci ilə qədər uzatmağı planlaşdırır.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının son mövsümündə bərbad nəticə göstərib. Ten Haqın komandası turnir cədvəlini 8-ci yerdə bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin