“Ten Haqın “Ayaks”da nə etdiyini hamı bilir”
“Mançester Yunayted”in qapıçısı David de Xea Erik ten Haqın “Mançester Yunayted”ə baş məşqçi təyin olunması ilə bağlı danışıb.
Komanda.az İngiltərə mmətbuatına istinadən xəbər verir ki, ispaniyalı qolkiper, bu qərara sevindiyini söyləyib:
“Klubun belə bir qərar verməsi məni sevindirdi. İndi bizdə qeyri-müəyyənlik var. Ten Haqın “Ayaks”da nə etdiyini hamı bilir. Klub az qala Çempionlar Liqasının finalına yüksəldi, titullar qazandı və gənc oyunçular yetişdirdi. Ona görə də, sevinirəm. Ten Haqın komandası yaxşı futbol oynayır. Onun təyinatından razıyıq. Lakin indi Premyer Liqada ilk 4-lük uğrunda mübarizə aparmaq üçün bu mövsümün son oyunlarına diqqət yetirməliyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin