Ten Haqın köməkçisi “Ayaks”ı çalışdıra bilər
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın köməkçisi Mitçel van der Qaaq “Ayaks”ın “sükanı arxasına” keçə bilər.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Ayaks”ın baş məşqçisi postuna namizədlər arasında Van der Qaaq da var.
Oktyabrın 23-də Niderland klubu baş məşqçi Moris Ştaynın istefaya göndərildiyini açıqlayıb.
“Ayaks” 7 oyundan sonra 5 xalla Niderland çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Bu, komanda üçün Erediviziya tarixində ən pis başlanğıcdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin