De Yonqun transferi üçün daha bir cəhd
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Barselona”nın futbolçusu Frenki de Yonqun transferi üçün bir daha cəhd edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis yayda həmyerlisinin “qırmızı şeytanlar”a keçməsini istəyir.
Futbolçunun özü də Ten Haqla danışığında 2023-cü ilin yayında Mançester təmsilçisinə qoşulmağa hazır olduğunu deyib.
25 yaşlı Frenki de Yonq 2019-cu ilin iyulunda “Ayaks”dan “Barselona”ya keçib. O, bu mövsüm La Liqa təmsilçisinin heyətində 23 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin