Ten Haqı həmyerlisi əvəz edəcək?

Rud van Nistelroy “Mançester Yunayted”in baş məşqçisi postunda həmyerlisi Erik ten Haqı əvəz edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb:

“Van Nistelroy bir məşqçi kimi davranır. O, futbolçularla fərdi görüşlər keçirir, artıq klubda müəyyən aurası var. Hələ heç kim bu barədə dəqiq nəsə demir, amma o, “Mançester Yunayted”in yeni baş məşqçisi olarsa, heç kim təəccüblənməyəcək”.

Van Nistelroy ötən yay “qırmızı şeytanlar”ın məşqçilər heyətinə qoşulub. Niderlandlı mütəxəssis İngiltərə klubuna keçməmişdən əvvəl PSV-nin “sükanı arxasında” idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button