Ten Haq 62 milyon avroluq zədəli futbolçu haqda danışdı
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın müdafiəçisi Leni Yoronun durumu haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, Yoronun çox yaxşı çıxış etdiyini bildirib:
“Leni Yoro çox yaxşı çıxış edir. Onun reabilitasiyasının düzgün istiqamətdə getməsi çox gözəldir. Amma tez qayıtması haqda demək istəyirəm ki, hər şey bərpa planı çərçivəsində olacaq”.
“Mançester Yunayted” Yoronu yayda “Lill”dən 62 milyon avroya alıb. O, mövsümöncəsi təlim-məşq toplanışı zamanı ciddi zədə alıb və bir neçə ay yaşıl meydanlardan kənarda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin