“Sanki futbolçularımın hər biri yalnız özü üçün oynayırdı” – Ten Haq

“Mançester Yunayted”in çalışdırıcısı Erik ten Haq “Borussiya” (Dortmund) ilə baş tutan yoldaşlıq görüşünü (2:3) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis ABŞ turunun onlar üçün faydalı olduğunu söyləyib:

“Qarşılaşmada 60 dəqiqə yaxşı keçdi. Komanda şəklində baxımlı oynadıq. Yaxşı təzyiqlə üzləşdik. Matçı izləmək xoş idi. İlk hissənin sonunda iki qol buraxdıq. Buna görə çox üzüldüm.

Oyunun son 30 dəqiqəsi bizim üçün uğursuz keçdi. Nə rəqibə təzyiq göstərdik, nə də normal hücumlar qurduq. Sanki futbolçularımın hər biri yalnız özü üçün oynayırdı.

Topa düzgün nəzarət etməyi öyrənməliyik. Yoldaşlıq matçı olsa da, səhvlərə göz yuma bilmərik. Ümumiyyətlə, ABŞ turu komandamız üçün faydalı oldu”.

“Qırmızı şeytanlar” növbəti yoldaşlıq görüşünü avqustun 5-də “Lans”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button