Ten Haqa MY ilə müqavilə bağlamamağı kim məsləhət görüb?

“Mançester Yunayted”in çalışdırıcısı Erik ten Haq ” qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Lui van Qalın onu klubla müqavilə imzalamaqdan çəkindirdiyini etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında bunları deyib:

“Mən “Mançester Yunayted”i çalışdırmağa başlayanda bunun asan iş olmayacağını bilirdim. Luin van Qal da daxil olmaqla bir çox insan məni bu işdən çəkindirirdi”.

Van Qal 2014-2016-cı illərdə “Mançester Yunayted”ə rəhbərlik edib və İngiltərə kubokunda qələbə ilə yadda qalıb.

Ten Haq “Mançester Yunayted”lə Liqa kubokunu və İngiltərə kubokunu qazanmağı bacarıb. O, bu yaxınlarda MY ilə yeni müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button