
Ten Haq Tuxelin də istədiyi futbolçu ilə maraqlanır
“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq 23 yaşlı futbolçu ilə maraqlanır.
Fransalı futbolçu 2022/23 mövsümündə “kral klubu”nun heyətində 50 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Bayern”in baş məşqçisi Tomas Tuxel də futbolçunu komandasında görmək istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin