Erik ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Kazemironun transferi ilə bağlı açıqlama verib.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun DÇ-2022-dəki çıxışı haqda da danışıb:

“Real” onu bizə satdığı üçün şadam. Onun oyununu DÇ-2022-də də izlədik. Kazemiro fantastik futbolçudur. Bizim yarımmüdafiəçiyə ehtiyacımız var idi və o, bu boşluğu doldurdu.

Mən “Mançester Yunayted”in adına çox sevincliyəm. Çünki Kazemiro, həqiqətən də, komandanın potensialını daha da artırır”.

30 yaşlı Kazemiro bu mövsüm “Mançester Yunayted”in heyətində 20 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button