“Ronaldo ilə fikir ayrılığı yarananda Ten Haq hörmətini itirməyə başladı”
“Real”ın keçmiş yarımmüdafiəçisi Uesli Sneyder “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın komandasında nə vaxt problemlər yaşamağa başladığı haqda danışıb.
Komanda.az “AFC Ajax”-a istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu, həmyerlisi olan baş məşqçinin Kriştiano Ronaldo ilə fikir ayrılığı yaranan vaxtdan hörmətini itirməyə başladığını bildirib:
“Mançester Yunayted”də Ten Haq üçün hər şeyin nə vaxt pis getdiyini sizə deyim. Ronaldo ilə fikir ayrılığı yarananda Ten Haq hörmətini itirməyə başladı. Erik bunun onun reputasiyası üçün yaxşı işləyəcəyini düşünürdü, lakin əksinə oldu. Paltardəyişmə otağındakı oyunçular baş məşqçidə hər şeyin qaydasında olub-olmaması ilə maraqlanırdılar”.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 6-cı pillədə qərarlaşıb. Niderlandlı mütəxəssisin mövsümün sonunda qovulacağı ilə bağlı şayiələr var.
Bizi Facebook-da izləyin