Ten Haq: “Mən uşaqlardan razıyam”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yoxlama görüşündə “Betis” üzərində qələbədən danışıb (3:2).

Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı komandanın yaxşı oyun göstərdiyini bildirib:

“Komanda yaxşı oyun göstərdi, mən uşaqlardan razıyam. İlk hissədə topa nəzarət etməkdə problem yaşadıq və bu səbəbdən də rəqib qol vurdu. Bu, baş verməməlidir. Bundan sonra oyuna nəzarəti ələ keçirdik və hesabı bərabərləşdirdik. Üç əla qol vurduq”.

“Mançester Yunayted”in növbəti yoxlama oyunu “Liverpul”a qarşı olacaq. Qarşılaşma avqustun 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button