“Hoylundu Keyn kimi qiymətləndirmək düzgün deyil” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın norveçli forvardı Rasmus Hoylundun çıxışından danışıb.

Komand.az “Sky Sports”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Rasmusu istedadına görə seçdiklərini bildirib:

“Rasmus Hoylunddan başqa, yaxşı seçimlərimiz var idi. Onu istedadına görə seçdik. Bəli, Harri Keyn komandamıza keçsəydi, mövsümdə 30 qol vuracaqdı. Məncə, Rasmus da buna nail olacaq, lakin ona vaxt lazımdır. Onu Keyn kimi qiymətləndirmək düzgün deyil. Mən onları heç vaxt müqayisə etməzdim, çünki onlar çox fərqlidirlər”.

21 yaşlı futbolçu “Mançester Yunayted”ə keçən yay “Atalanta”dan 74 milyon avroya keçib. Norveçli hücumçu bu mövsüm Premyer Liqada 26 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button