
Ten Haq “Bayer”də – Rəsmi
Əvvəllər “Ayaks” və “Mançester Yunayted”i çalışdırmış Erik ten Haq Bundesliqada fəaliyyət göstərəcək. Niderlandlı məşqçinin yeni iş yeri Leverkuzen “Bayer”idir.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 55 yaşlı çalışdırıcı Bundesliqa təmsilçisi ilə 2027-ci ilin iyununun sonuna qədər olan müqavilə imzalayıb.
Ten Haq Leverkuzen komandasının “sükanı arxasında” “Real”a yollanan ispaniyalı mütəxəssis Xabi Alonsonu əvəzləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin