“Mainu ilə Kazemiro arasında xüsusi bağ var” – Ten Haq
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq yarımmüdafiəçi Kazemironun 18 yaşlı futbolçu Kobbi Mainu üçün əla nümunə ola biləcəyini düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, Kazemiro ilə Mainu arasında xüsusi bağın olduğunu deyib:
“Kazemiro kimi oyunçunun təsirini həmişə görə bilərsiz. O, topa sahib olanda sizə inam verir və həlledici ötürməni yerinə yetirməli olduğunuz yeri görür. Mainu məşqdən həzz alır və onun Kazemiro ilə arasında xüsusi bağ var. Kazemiro Mainunun inkişafında kömək edə biləcək təcrübəyə malikdir. Təbii ki, Kazemiro onun oyununu izləyir. Amma o, həm də, Mainuya kömək etməyə və ona dəstək olmağa çalışır”.
Mainu bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin