Ten Haq onun transferinə razılıq verib

“Monako”nun yarımmüdafiəçisi Maqnes Akliuş karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun transferində Leverkuzen “Bayer”i maraqlıdır. Klubun yeni baş məşqçisi Erik ten Haq artıq bu keçidə müsbət rəy verib.

Potensial transferin məbləği 50 milyon avro olaraq qiymətləndirilir.

23 yaşlı futbolçu 2024/25 mövsümündə Fransa Liqa 1-də 32 oyunda iştirak edib, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button