Ten Haq onun tez qayıdacağına ümid edir
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq mövsümün start hissəsini buraxacaq sol cinah müdafiəçisi Luk Şounun zədəsi ilə bağlı vəziyyətdən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir, niderlandlı çalışdırıcı Şounu daha yaxşı formaya qaytara biləcəklərinə əmindir:
“Burada olduğum ilk mövsümdə Luk bir çox matçda oynadı. Əminəm ki, onu daha yaxşı formaya qaytara bilərik. Mən Şou ilə danışdım və o, öz işinə, klubuna çox sadiqdir. İnanıram ki, Luk mümkün qədər tez qayıdacaq və komandanın uğuruna öz töhfəsini verəcək”.
Şou ötən mövsüm İngiltərə Premyer Liqasında cəmi 12 oyun keçirə bilib. İngiltərəli müdafiəçi müxtəlif zədələr səbəbindən əksər oyunları buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin