Ten Haq “Yuventus”un futbolçusunu istəyir
“Mançester Yunayted” “Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo ilə maraqlanır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ötən ilin yayında İngiltərə klubu futbolçunun keçidini reallaşdırmaq üçün razılıq əldə etsə də, tərəflər müqavilə şərtlərində ortaq qərar verə bilməmişdi.
28 yaşlı oyunçunun “qoca sinyora” ilə hazırkı sözləşməsi 2023-cü ilin iyul ayının sonuna qədər qüvvədədir. O, azad agent kimi klubdan ayrıla bilər. “Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq Rabyonu komandasında görmək istəyir.
“Nyukasl” da yarımmüdafiəçini transfer etməkdə iddialıdır.
Rabyo cari mövsümdə “Yuventus”un heyətində bütün turnirlər daxil olmaqla 44 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin