
“Mançester Yunayted”dən qovulan məşqçi: “Bundan həzz aldım”
Erik Ten Haq üzücü nəticələrə baxmayaraq, məşqçilik karyerasının “Mançester Yunayted”dəki dövrünü nostalji ilə xatırlayır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis bundan həzz aldığını bildirib:
“Bundan həzz aldım. İngiltərə futbolu və kluba sadiq azarkeşlər, eləcə də, öz işinə sadiq olan oyunçular və məşqçilər heyəti var idi”.
Ten Haq Premyer Liqadakı qeyri-qənaətbəxş nəticələrdən sonra “Mançester Yunayted”i tərk etməli olub. Komanda bu mövsüm Premyer Liqaya tarixində ən pis start verib.
Ten Haqı əvvəllər Lissabon “Sportinq”ində çalışmış portuqaliyalı mütəxəssis Ruben Amorim əvəzləyib. “Qırmızı şeytanlar” hazırda 26 turdan sonra 30 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin