Ten Haq Niderland komandasını çalışdırmaqdan imtina edib

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq “Tvente”ni çalışdırmaqdan imtina edib.

Komanda.az xəbər verir ki bu, barədə “Telegraaf” məlumat yayıb.

Niderland təmsilçisinin azarkeşləri 54 yaşlı mütəxəssisin gəlişini ümidlə gözləsə də, klub artıq onu namizəd kimi nəzərdən keçirmir. Ten Haq isə bildirib ki, vaxtından əvvəl işə başlaması Leverkuzen “Bayer”indən aldığı ödənişlərə mənfi təsir göstərə bilər.

Niderlandlı mütəxəssis bu mövsümün əvvəlində “Bayer”də cəmi 2 tur işlədikdən sonra istefaya göndərilib.

Bundan əvvəl “Tvente”yə Niderland millisinin sabiq üzvü Mark van Bommel və komandada əvvəllər çalışmış Rene Xake də “yox” cavabı veriblər. Komanda hazırda Erediviziyanın 5 turundan sonra 4 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button