Ten Haq narazıdır

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 37-ci turunun “Bornmut”la oyunu haqda (1:0) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, narazı olduğu məqamı dilə gətirib:

“Oyunun gedişatını dəyişə bilmirik. Daha çox qol vurmalıydıq. Kazemiro möhtəşəm qol vurdu. Rəqibi müdafiə olunmağa məcbur etdik. Görüşün ilk 25 dəqiqəsində onlara nəfəs almaq imkanı belə, tanımadıq. “Liverpul” – “Aston Villa” oyunu (1:1) məni maraqlandırmır. Əsas olan bizik, öz işimizi görməliyik”.

“Qırmızı şeytanlar” hazırda ölkə çempionatının turnir cədvəlində 69 xalla 4-cü, “Bornmut” isə 39 xalla 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button