“Reşford və Qriliş bu mövsüm yaxşı çıxış etmədilər” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş və öz komandasından hücumçu Markus Reşfordun İngiltərə yığmasının AÇ-2024 üçün heyətinə daxil edilməməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı adı çəkilən futbolçuların bu mövsüm yaxşı çıxış etmədiklərini bildirib:

“Markus və Qriliş bu mövsüm yaxşı çıxış etmədilər. Yaxşı mövsüm keçirmədikdə komandanızdan kənarda qalmaq riskiniz var”.

İngiltərə yığması Almaniyada keçirilən Avropa çempionatına uğurlu start verib. Qaret Sautqeytin yetirmələri ilk matçda Serbiya üzərində 1:0 hesablı qələbəni bayram ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button